"Mançester Siti" "Everton"un müdafiəçisi ilə maraqlanır
25.03.2024 - 11:38
"Mançester Siti" "Everton"un müdafiəçisi ilə maraqlanır

"Everton"un mərkəz müdafiəçisi Cerred Brantueyt karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Mail Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, “şəhərlilər” 21 yaşlı futbolçunu izləyirlər. 

Bu mövsüm Brantueyt bütün turnirlər daxil olmaqla 31 matçda iştirak edib və 2 qol vurub. Müdafiəçinin "Everton"la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

"Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir. 

writer photo
Əlirza Əlirzalı
0