Qrem Potter İsveç millisini çalışdırmaq təklifi alıb.
Apasport.az xəbər verir ki, böyük britaniyalı mütəxəssis bu təklifi qəbul etməyib.
Potter klubda çalışmağa üstünlük verir. O, yığmadan deyil, məhz klublardan gələcək təklifləri nəzərdən keçirməyi planlaşdırır.
Onun imtinasından sonra İsveç yığmasının baş məşqçisi postuna əsas namizəd “Hekken”in baş məşqçisi Per-Matias Hoqmodur. O, milliyə getsə, “Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibi Bakıya yeni baş məşqçi ilə gələ bilər.
Qeyd edək ki, bunadək yığmanı çalışdıran Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsindən sonra istefa verib.