Pyotr Kondakov: “Yunanları Bakıda "döyəcəklər”
13.10.2022 - 13:00
Pyotr Kondakov: “Yunanları Bakıda "döyəcəklər”

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda “Olimpiakos”u qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, ekspert Pyotr Kondakov Yunanıstan klubu ilə Bakıda keçiriləcək matçı dəyərləndirib.

Rusiyalı mütəxəssisin fikrincə, rəqibini səfərdə 3:0 hesabı ilə məğlub edən “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda da pireylilərə eyni aqibəti yaşadacaq:

“Qarabağ” avrokuboklarda özünü sübut etməkdə davam edir. Komanda güclü oynayır, kifayət qədər təcrübəsi var və evdə meydança amilindən yararlanır. İlk turda “Frayburq”a məğlubiyyətdən sonra azərbaycanlılar üçün işlər qaydasında gedir. “Nant” və “Olimpiakos” önündə inamlı çıxış etdilər. 

Əvəzində Yunanıstan çempionunun uğursuz startı sürpriz oldu. Köklü yenidənqurma, çox sayda zədəlilər və oyunçuların formadan uzaq düşməsi səbəblərdir. Bütün bunlar onu deməyə əsas verir ki, yunanları Bakıda döyəcəklər. Hesab böyük olmaya bilər, ancaq oyun baxımından “Qarabağ”la bacaracaq gücdə deyillər. “Olimpiakos” yəqin ki, Avropa Liqasında ardıcıl 4-cü məğlubiyyətini alacaq və turnirlə erkən vidalaşacaq.

Proqnozum: 1
 

writer photo
Əlirza Əlirzalı
0