“Real” əfsanəsinə “yaşıl işıq” yandırdı
08.09.2023 - 01:48
“Real” əfsanəsinə “yaşıl işıq” yandırdı

Raul Qonsales “Vilyarreal”a baş məşqçi təyin oluna bilər.

Apasport.az saytı xəbər verir ki, “Real” bu təyinata qarşı deyil.

Kiki Setyeni istefaya göndərən “Vilyarreal” Raulla ilkin danışıqlar aparıb. “Real”ın ikinci komandasına başçılıq edən veteran futbolçu klub rəhbərliyindən müsbət cavab ala bilib. Yaxın günlərdə tərəflərin rəsmi müqavilə imzalaması gözlənilir. Onun madridlilərlə mövsümün sonuna kimi müqaviləsi var idi. 

Qeyd edək ki, “Vilyarreal” mövsümə uğursuz start götürüb və cəmi 3 xal toplaya bilib.
 

writer photo
Əlirza Əlirzalı
0