Paytaxt klubundan çempiona 120 milyon avroluq təklif
25.08.2022 - 22:27
Paytaxt klubundan çempiona 120 milyon avroluq təklif

“Çelsi” “Milan”ın hücumçusu Rafael Leaonun transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 23 yaşlı portuqaliyalı üçün astronomik məbləğ ödəməyə də hazırdır.

“Zadəganlar” bu transferin reallaşmasından ötrü İtaliya çempionuna 120 milyon avro təklif edib. “Rossonyerlər” müqaviləsi 2024-cü ilə qədər olan forvardını bu qiymətə satmağa müsbət yanaşır. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildən formasını geyindiyi “Milan”ın heyətində 117 oyunda 27 qol vurub, 21 assist edib.

writer photo
Əlirza Əlirzalı
0