Giannis: "Vembanyama tarixin ən yaxşısı ola bilər"
07.08.2024 - 22:39
Giannis: "Vembanyama tarixin ən yaxşısı ola bilər"

"Milvouk Baks"ın ulduzu Giannis Antetokounmpo "San Antonio Spörs"də çıxış edən Viktor Vembanyamanın doğru yolda irəliləyərsə, tarixin ən yaxşısı ola biləcəyini deyib.

Apasport.az xəbər verir ki, təcrübəli basketbolçu gənc Venbanyamanı yaşına görə Avropanın ən yaxşısı adlandırıb.

Vembi NBA-dakı ilk mövsümündə möhtəşəm performans sərgiləmiş, oyun başına ortalama 21,4 xal, 10,6 ribaund, 3,9 assist, 3,6 blokla oynamışdı.

Qeyd edək ki, gənc ulduz hazırda Olimpiadada ölkəsi Fransa üçün yarışır. Hazırda o, beş böyük kateqoriyadan dördündə komandasının lideridir. 

writer photo
Əlirza Əlirzalı
0