Halepə 4 illik cəza
12.09.2023 - 23:18
Halepə 4 illik cəza

Rumıniyalı tennisçi Simona Halep 2026-cı ilədək diskvalifikasiya olunub.

Apasport.az-ın məlumatına görə, o, antidopinq  qaydalarını pozduğu üçün cəzalandırılıb.

2022-ci ilin payızında avqustunda US Opendə Simonanın qanında qadağan olunmuş preparat tapılmışdı. Bundan sonra Beynəlxalq Tennis Federasiyası tərəfindən yarışlardan uzaqlaşdırılan idmançı haqqında bu dəfə daha ağır qərar verilib. O, 2026-cı il oktyabrın 6-dək bütün yarışlardan uzaqlaşdırılıb. Halep qərardan Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edəcək.

Qeyd edək ki, dünyanın bir nömrəli qadın tennisçisi olan Simona iki dəfə “Böyük Dəbilqə” yarışının qalibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0