“Neftçi” onunla müqaviləyə xitam verdiyini açıqladı
16.07.2023 - 10:45
“Neftçi” onunla müqaviləyə xitam verdiyini açıqladı

“Neftçi” müdafiəçisi Solomon Kverkveliya ilə yollarını ayırdığını rəsmən açıqlayıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, 31 yaşlı gürcü futbolçusu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 2022-ci ilin iyulunda “Neftçi”yə transfer olunmuş Kverkveliya bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0