Premyer Liqaya dəyən ziyan
11.09.2022 - 10:12
Premyer Liqaya dəyən ziyan

“Böyük beşlik” liqalarının son 10 il üçün transfer hesabatı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası 2013-22-ci illərdə xərclənən və əldə olunan vəsaitləri hesablayıb.

İngiltərə Premyer Liqası ən çox ziyana düşən çempionat olub. 10 ildə bu liqanın təmsilçiləri 9,5 milyard avro zərərlə transfer edib.

İtaliya A seriyasında bu rəqəm 1,4 milyarda bərabərdir. İspaniya La Liqasının klubları 789, Almaniya Bundesliqasında isə 783 milyon itirib.

Yalnız Liqa1 təmsilçilərinin satdığı oyunçuların gətirdiyi qazanc transfer xərclərini üstələyib. Fransalılar 350 milyon qazanc əldə edib. Hərçənd təkcə PSJ 868 milyon zərərlə transfer siyasəti aparıb.
 

writer photo
Əlirza Əlirzalı
0