Azərbaycanın daha bir bədii gimnastı Bakıda keçirilən Avropa Kubokunda finala yüksəlib.
Apasport.az xəbər verir ki, fərdi proqramda mübarizə aparan Kamilla Seyidzadə çoxnövçülük üzrə yarışda həlledici mərhələyə vəsiqə qazanıb.
Digər gimnastımız Zöhrə Ağamirova isə lentlərlə hərəkətlərdə final mərhələsində iştirak hüququna yiyələnib. O, daha əvvəl top və halqa ilə yarışlarda da adını finala yazdırıb.
Bu nəticələrdən sonra K.Seyidzadə turnirin ilk günündə ümumilikdə 119 450 xal toplayaraq 14-cü, Z.Ağamirova isə 127 100 xalla 8-ci pillədə qərarlaşıblar.
Bununla da bədii gimnastika üzrə Avropa Kubokunun ilk gününə yekun vurulub.
Mayın 5-nə kimi davam edəcək turnirdə 37 ölkədən 160 gimnast iştirak edir.