Qaltye: “Nəyə qadir olduğunu bütün dünya bilir”
16.07.2022 - 11:56
Qaltye: “Nəyə qadir olduğunu bütün dünya bilir”

PSJ-nin yeni baş məşqçisi Kristof Qaltye komandanın argentinalı hücumçusu Lionel Messi barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı superulduzun ilk ilini uyğunlaşmaya həsr etdiyini düşünür.

O, Leo barədə müsbət düşüncədə olduğunu söyləyib: “Messi Parisdə həm ailə, həm də futbol həyatına yeni başladı. 34 yaşında yeni bir şey sınamaq istəyən insanlara hörmət edirəm. Çoxları belə bir addım atmağa qadir deyil. Görürəm ki, o, əlindən gələnin ən yaxşısını verir. Leonun nəyə qadir olduğunu bütün dünya bilir”.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm Fransa Liqa1-də 26 oyunda 6 qol vurub, 14 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0