Ukrayna millisinin üzvü "Qarabağ"da
03.09.2024 - 10:57
Ukrayna millisinin üzvü "Qarabağ"da

“Qarabağ” futbol klubnda növbəti transfer baş tutub.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı futbolçu Aleksey Kaşuku heyətinə cəlb edib.

Azarkeşlərin "Sabah"dan yaxşı tanıdığı 24 yaşlı yarımmüdafiəçinin transfer detalları hələ açıqlanmayıb.

Ukraynanın gənclər yığmasının sabiq üzvünün transferinin tezliklə rəsmi şəkildə elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, "Şaxtyor”un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2023/24 mövsümündə də Donetsk klubunda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0