“Qarabağ”ın “Mançester Siti”yə ÇATMAQ ŞANSI
20.10.2022 - 14:33
“Qarabağ”ın “Mançester Siti”yə ÇATMAQ ŞANSI

Ev oyunları məhsuldar alınan klubların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ ən azı son 7 ev görüşündə dörd və ya daha çox qol vuran klublar daxil edilib.

Siyahıda Azərbaycan çempionu “Qarabağ” da var. “Qarabağ”ın Premyer Liqada öz meydanında keçirdiyi son 7 matç 3,5 Üstlə nəticələnib.

Bu seriya hələ ötən mövsüm başlayıb. “Sumqayıt” (5:0) və “Neftçi” (4:1) ilə qarşılaşmalarda nəinki 3,5, hətta 4,5 Üst də düz gəlib. 

Minimum 4 qol prinsipi cari çempionatda da pozulmayıb. “Səbail”i 3:1, “Şamaxı”nı 4:0, “Sabah”ı 4:3 hesabı ilə üstələyən Qurban Qurbanovun yetirmələri son iki ev sınağında “Neftçi” ilə “Sumqayıt”a eyni hesabla qalib gəlib – 3:1.

Dünyanın daha iki klubu “Qarabağ”la eyni seriyaya məxsusdur. Bunlar İslandiya təmsilçiləri “Vikinqur”la “Fulkirk”dir. Onlar müvafiq olaraq Premyer Liqa və 1-ci divizionda çıxış edir.

Hazırda davam edən ən uzun analoji seriyalara isə “Mançester Siti” və Zaqreb “Dinamo”su məxsusdur. Bu iki klubun son 8 ev oyununda 3,5 Üst gəlib.

Bu gün “Qarabağ” öz meydanında “Turan Tovuz”la qarşılaşacaq. Misli Premyer Liqasının XI turunun görüşündə 4 qol qeydə alınsa, Ağdam klubu seriyasında “Mançester Siti” ilə “Dinamo”ya çatacaq.

Qeyd edək ki, “Qarabağ” – “Turan Tovuz” görüşü saat 19:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0