"İnter"in vazkeçilməz futbolçularından olan yarımmüdafiəçi Hakan Çalhanoğlunun son durumu bəlli olub.
Apasport.az xəbər verir ki, Çalhanoğlu zədə səbəbindən A Seriyasında "Atalanta" və "Cenoa" ilə matçlarda oynaya bilməyib.
30 yaşlı təcrübəli futbolçu liqa çərçivəsində "Bolonya" ilə oyuna 2 gün qalmış yenidən komandaya qoşulub.
Bu mövsüm "İnter"in heyətində A Seriyasında 23 matçda forma geyinən Çalhanoğlu bu matçlarda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 30 yaşlı futbolçu əzələ şikayətinə görə komandadan uzaqlaşıb.
Qeyd edək ki, martın 9-u "İnter" "Bolonya"nın qonağı olacaq.