Qadın jurnalistdən Qətərdə çəkdiyi videonu silmək tələb olunub
04.12.2022 - 15:35
Qadın jurnalistdən Qətərdə çəkdiyi videonu silmək tələb olunub

"Daily Mail"in müxbiri Kasrin Batt dünya çempionatının Qana və Uruqvay (0:2) matçından əvvəl stadionun təhlükəsizlik nümayəndələri tərəfindən həbslə hədələnib.

Apasport.az xəbər verir ki, Batt bu barədə özü bildirib. 

Belə ki, Qanadan olan azarkeşlər təşkilatçıların təqsiri üzündən stadiona buraxılmayıb, bu isə izdihama səbəb olub. Qadın və uşaqlar baş verənlərdən təşvişə düşüblər. Afrikalı azarkeşlər hasarların üstündən tullanaraq təhlükəsizliyi pozublar. Britaniyalı jurnalist hər şeyi videoya çəkib, redaktora göndərib və stadiona gedib. Daha sonra o, 8 təhlükəsizlik işçisi tərəfindən mühasirəyə alınıb.

“Niyə saxlandığımla bağlı dəfələrlə verilən suallardan sonra təhlükəsizlik nümayəndələrindən biri dedi ki, məni video çəkərkən görüblər və buna haqqım yoxdur. Akkreditasiyadan keçmiş jurnalist olduğumu izah etdim və ona akkreditasiyanı elektron şəkildə göstərdim. Amma cavab verdilər ki, əlimdə buraxılış vəsiqəsinin kağız variantı olmalıdır. Sonra bildirdilər ki, mənim 2 yolum var: ya qeydə alınan videoları silmək, ya da polisə müraciət etmək. Videonu silməyə razılaşdım, ancaq onlar mənim telefonumu götürdülər və videonu göndərmədiyimdən əmin olmaq üçün elektron poçt qutumu və messenceri yoxlamağa başladılar. Bəxtim gətirdi ki, redaktora göndərilən mesajları tez silə bilmişdim".

writer photo
Əlirza Əlirzalı
0