"Səbail"dən əzmkar qələbə- YENİLƏNİR
03.11.2023 - 21:15
"Səbail"dən əzmkar qələbə- YENİLƏNİR

 

Bu gün Azərbaycan Premyer Liqasında XII tur start götürüb. 

Apasport.az xəbər verir ki, "Zəfər turu" adlanan bu turun açılış matçı Bayılda olub.

Belə ki, "Səbail" "Turan Tovuz"u qəbul edib. "Dənizçilər" zədə üzündən 3 futbolçusunu itirdiyi matçda xarakter göstərərək əzmkar qələbə qazanıb.

Xatırladaq ki, turun digər oyunları noyabrın 4-5-də keçiriləcək. 

3 noyabr (cümə)

19:00. "Səbail" - "Turan Tovuz" - 2:1 

Qollar: R.Abdullazadə, 47, A.Ramalinqom, 78-pen - O.Con, 26

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. “ASCO Arena” stadionu

İlk dövrədəki matç - 3:1

“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi

Baş məşqçi: Şahin Diniyev

 

“Turan Tovuz”: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov

Baş məşqçi: Ayxan Abbasov

writer photo
Əlirza Əlirzalı
0