“Bavariya”nın İSTƏYİ
12.04.2023 - 15:58
“Bavariya”nın İSTƏYİ

“Bavariya” yeni mövsüm üçün transferlərə ayıracağı büdcəni açıqlayıb. 

Apasport.az saytı xəbər verir ki, Almaniya klubu yeni futbolçular üçün 100 milyon avro xərcləməyi planlaşdırır.

Komanda ilk növbədə hücum xəttini gücləndirmək istəyir. Baş məşqçi Tomas Tuxelin bu mövqedə görmək istədiyi futbolçulardan biri Qonsalu Ramuşdur. “Benfika”nın və Portuqaliya millisinin üzvü Münhen klubunun transfer siyahısında ilk sırada yer alır.

22 yaşlı hücumçunun keçidi alınmazsa, komanda Randal Kolo Mouani (“Aytraxt” Frankfurt), Viktor Osimhen (“Napoli”) və Harri Keyndən (“Tottenhem”) birini heyətə cəlb etməyə çalışacaq.

writer photo
Əlirza Əlirzalı
0