Cəlal Hüseynov Bolqarıstanda növbəti oyununa çıxıb
16.08.2024 - 23:35
Cəlal Hüseynov Bolqarıstanda növbəti oyununa çıxıb

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, futbolçunun çıxış etdiyi "Arda" klubu çempionatın 5-ci turunda səfərdə "Spartak"ın qonağı olub.

"Arda" matçı 0:1 hesablı məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, start heyətində meydana çıxan Cəlal Hüseynov fasilədə əvəzlənib.

 

writer photo
Əlirza Əlirzalı
0