“Qalatasaray”ın iki futbolçusu ilə bağlı məlumat yayılıb.
Apasport.az xəbər verir ki, Super liqanın “Alanyaspor”la (4:0) matçında zədələnən Davinson Sançesin durumuna aydınlıq gəlib.
Sol üst arxa əzələ qrupundan 2-ci dərəcə yüklənmə zədəsi alan 27 yaşlı mərkəz müdafiəçisinin ən az 2-4 həftə arası oynamayacağı bildirilir.
İstanbul klubuna transfer edildikdən sonra tez-tez tənqid olunan Tanquy Ndombele isə klub nümayəndələri ilə toplantıda iştirak edib. “Qalatasaray”ın icraçı direktoru Erden Timur və baş məşqçi Okan Burukla görüşən fransalı yarımmüdafiəçi klubda qalmaq istədiyini, bu məqsədlə də intensiv məşqlərin sayını artırdığını bildirib.
Qeyd edək ki, çempionatın ilk 13 turundan sonra 34 xal toplayan “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça” ilə eyni xal toplayaraq ilk iki pilləni bölüşür.