"Kəpəz"in Antalyadakı rəqibləri bilindi
02.01.2023 - 19:22
"Kəpəz"in Antalyadakı rəqibləri bilindi

"Kəpəz"in Türkiyədəki təlim-məşq toplanışı zamanı rəqibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, Antalyaya yollanacaq Gəncə komandası təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Yanvarın 14-də baş tutacaq ilk görüşdə “sarı-göylər” Macarıstanın MTK kollektivi ilə üz-üzə gələcək. Bundan 2 gün sonra Tərlan Əhmədovun yetirmələri Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq. Ayın 18-də reallaşacaq son matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.

writer photo
Əlirza Əlirzalı
0