Bu gün Avropa çempionatının D qrupunda mübarizəyə yekun vurulub.
Apasport.az xəbər verir ki, paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gəlib.
Matç Avstriya milli komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Niderland millisi 4 xalda da qalıb, Avstriya isə xallarının sayını 6-a yüksəldərək qrupu lider başa vurub.
Belə ki, paralel keçirilən görüşdə Fransa Polşanın müqavimətini qıra bilməyib: 1:1
Beləliklə, qrupu ilk 3 pillədə başa vuran Avstriya, Fransa və Niderland pley-offa vəsiqə qazanıblar.
Niderland ən yaxşı qrup üçüncüsü kimi bu bileti əldə edib.
25 iyun
AVRO-2024
D qrupu, III tur
20:00. Niderland - Avstriya 2:3
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.
20:00. Fransa - Polşa 1:1
Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, "Siqnal İduna Park".