“Apasport” proqnozsevərlərə ödənişli kuponlar təklifini uğurla davam etdirir. Başa çatan iyul ayı rekordla yekunlaşıb.
31 gün ərzində mütəxəssis komandamızın 66 “Ödənişli”si müştərilərə qazanc gətirib. Bu, rekord göstəricidir. Hər gün orta hesabla 2,13 kupon betterləri sevindirib.
Bunadək ən yüksək rəqəm iyunda qeydə alınmışdı. Həmin vaxt 48 “Ödənişli” dəqiq olub. Belə kuponlardakı uduş sayı əvvəlki ayla müqayisədə 37,5 faiz artıb.
Ay ərzində hazırlanan 66 “Ödənişli” müştərilərimizə 211,99 əmsallıq qazanc gətirib. Bu, 2023-cü ilin ikinci ən böyük göstəricisidir. Orta hesabla hər gün 6,84 əmsallıq uduş yaşanıb.
İndiyədək uduşlu “Ödənişli”lərin ümumi əmsalı “200+” olub. Ümumilikdə ikinci dəfə “200”ü keçən “Ödənişli”də iyunda 220,14 qazanc olub.
“Ödənişli”dəki daha bir rekord “penta-trik”lə bağlıdır. Əgər iyula qədər heç vaxt eyni gündə 5 belə kupon uduşla bitməmişdisə, ötən ay bu uğura üç dəfə təsadüf olunub. İyulun 19-da, 21-də və 27-də mütəxəssis komandamız günü 5 “Ödənişli” uduşu ilə başa vurub.
Ümumiyyətlə ay het-triklə başlayıb və pokerlə başa çatıb. Yəni, iyulun 1-də üç, 31-də dörd “Ödənişli” qalib olub.
Daim böyük əmsalları ilə betterlərə sevinc gətirən “Ödənişli” iyulda 7 dəfə “5+”lik uduş bəxş edib. Yəni, əmsal 5,00 və ya daha böyük olub.
Mütləq rekord 13,19-dur. Buna ayın ilk günündə təsadüf olunub. Ay ərzində 8,09 və 8,01 əmsallıq “Ödənişli” uduşlar da yaddaqalan olub.
Qeyd edək ki, ayın ən böyük “Ödənişli” uduşunda 5 matça dəqiq təxmin yer alıb.