İspaniya çempionatı dayandırılır
20.10.2022 - 15:47
İspaniya çempionatı dayandırılır

İspaniya çempionatı dayandırıla bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar oktyabrın 27-də veriləcək.

Həmin gün La Liqa və Sequnda klublarının növbədənkənar yığıncağı keçiriləcək. Klublar oktyabrın 28-dən çempionatı dayandırmağı müzakirə edəcək və yekun qərara gələcək.

Buna səbəb İspaniyada idmanla bağlı yeni qanunun qəbul olunmasıdır. Bu yenilik İspaniya komandalarına həm daxili yarışlarda, həm də Superliqada oynamaq imkanı verir. Bu da La Liqa ilə CVC fondu arasında 2 milyard avroluq müqaviləni təhlükə altına atır. La Liqa və Sequndanın 42 klubundan 39-u bu qanunun dəyişdirilməsini tələb edir. Yalnız “Real”, “Barselona” və "Atletik” əks mövqedədir.

Qeyd edək ki, Avropa Superliqasının yaradılması ideyası iflasa uğrasa da, təşəbbüskarları hələ də yeni turnir yaratmaq fikrindən daşınmayıb.

writer photo
Əlirza Əlirzalı
0