“Barselona”nın “Fluminense”dəki hədəfi
27.12.2023 - 09:41
“Barselona”nın “Fluminense”dəki hədəfi

“Barselona” Andre da Kosta ilə maraqlanır.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisindən başqa  “Liverpul” və “Fulhem” klubları da 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. 

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da gənc futbolçunun istedadının böyük pərəstişkarıdır. İspaniyalı məşqçi futbolçunu komandasında görmək istədiyini klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, onun Braziliya klubu olan  "Fluminense” ilə müqaviləsi 2026-cı ilin sonunda bitəcək.
 

writer photo
Əlirza Əlirzalı
0