Meydanı yarımçıq tərk etdi və...
19.10.2022 - 11:47
Meydanı yarımçıq tərk etdi və...

“Atletiko”nun futbolçusu Toma Lemar zədələnib.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi La Liqanın X turunun “Rayo Valyekano” ilə oyununda (1:1) xəsarət alıb.

O, matçın 40-cı dəqiqəsində oyunu davam etdirə bilmədiyindən əvəzlənib. Lemarin durumuna müayinələrdən sonra tam aydınlıq gələcək.

Qeyd edək ki, Toma mövsümün 9 oyununda 1 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0