İsveç – Azərbaycan: KİM ŞANSLIDIR?
27.03.2023 - 15:13
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç - Azərbaycan görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Skandinaviya təmsilçisini matçın favoriti sayırlar.
Bu gün Solnada baş tutacaq qarşılaşmada İsveçin qələbəsi 1,17, millimizin uğuru 17,00 əmsaldır. Qarşılaşmada heç-heçəyə 7,40 əmsal verilib.
Qeyd edək ki, “Friends Arena” stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
0
0