Hans Flikdən İlkay açıqlaması
18.08.2024 - 15:07
Hans Flikdən İlkay açıqlaması

İlkay Gündoğanın "Valensiya" ilə matçda heyətə seçilməməsindən sonra komandasından ayrılması ilə bağlı söz-söhbətlər artıb.

Apasport.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hans Flik futbolçunun komandadakı gələcəyi ilə bağlı danışıb.

Mütəxəssis İlkayın zədələndiyini, zamanla düzələcəyini bildirib. Eyni zamanda baş məşqçi yarımmüdafiəçinin komandada qalacağına inanır.

Qeyd edək ki, İlkay Gündoğanın adı Türkiyənin "Fənərbaxça" klubu ilə də çəkilir.

 

writer photo
Əlirza Əlirzalı
0