Şakirinin yeni klubu bəlli olub
16.08.2024 - 17:54
Şakirinin yeni klubu bəlli olub

İsveçrə millisinin sabiq üzvü Xerdan Şakirinin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu "Bazel"e keçib.

İsveçrə klubunun rəsmi saytı Şakiri ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 2009-2012-ci illərdə "Bazel"in əsas komandasında çıxış edən Şakiri "Bavariya", "İnter", "Liverpu" kimi klublarda da oynayıb.

writer photo
Əlirza Əlirzalı
0