Levandovski “Bavariya”ya qoşulur
11.07.2022 - 15:20
Levandovski “Bavariya”ya qoşulur

Robert Levandovski mövsümöncəsi hazırlığa “Bavariya”da başlayacaq.

Apasport.az saytının məlumatına görə, polşalı ulduz futbolçu sabah komandaya qoşulacaq.

Münhen klubunun rəhbərliyi 34 yaşlı forvardın sabah məşqə çıxacağını gözləyir. Ancaq Levandovski istənilən halda “Barselona”ya keçməkdə qərarlıdır. Sadəcə, “Bavariya” ispanların hazırkı təklifini çox aşağı hesab edir. Bundesliqa çempionu onun keçidindən 50-55 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Robert Levandovskinin “Bavariya” ilə müqaviləsi gələn ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0