“Qarabağ”ın Cəbəllütariqə səfər planı açıqlanıb
21.07.2024 - 19:39
“Qarabağ”ın Cəbəllütariqə səfər planı açıqlanıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq "Qarabağ" sabah Cəbəllütariqə yollanacaq.

Apasport.az xəbər verir ki, Ağdam klubu səfərə çarter reysi ilə yola düşəcək.

Komanda “Elliott Hotel”də məskunlaşacaq. “Qarabağ” sabah yerli vaxtla 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

writer photo
Əlirza Əlirzalı
0