Argentina açılış matçında qələbə qazanıb
21.06.2024 - 09:17
Argentina açılış matçında qələbə qazanıb

Bu gecə futbol üzrə Amerika Kubokuna start verilib.

Apasport.az xəbər verir ki, ABŞ-da keçirilən turnirin açılış matçında son dünya çempionu Argentina millisi qələbə qazanıb.

Kanada millisi ilə qarşılaşan  “tanqoçular” meydandan 2:0 qələbə ilə ayrılıblar.

Argentinanın heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə Lautaro Martines fərqlənib.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0