Keyta “Liverpul”da qalacaq
19.08.2022 - 00:24
“Liverpul” yarımmüdafiəçisi Nabi Keytanın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu yay transfer pəncərəsində klubunu dəyişməyəcək.
İngiltərə təmsilçisi 27 yaşlı qvineyalının agentləri ilə danışıqlar aparıb. Tərəflər müqavilənin uzadılması barədə ilkin razılıq əldə edib. Bu isə o deməkdir ki, anlaşması 2023-cü ildə başa çatacaq Keyta Premyer Liqa klubunda qalacaq.
Qeyd edək ki, 2018-ci ildən “Liverpul”da forma geyinən yarımmüdafiəçi ötən mövsümün 40 matçında 4 qol vurub.
0
0