Bellinqem “El-Klasiko”da oynayacaq
25.10.2023 - 10:14
Bellinqem “El-Klasiko”da oynayacaq

Cud Bellinqem Çempionlar Liqasının "Braqa"ya qarşı oyununda zədələnib. 

Apasport.az xəbər verir ki, 2-ci qolun müəllifi olan ingiltərəli matçın gedişində xəsarət alıb.

Lakin Cudun “El-Klasiko”nu buraxmaq təhlükəsi yoxdur. O, həftəsonu “Barselona”ya qarşı keçiriləcək görüşdə forma geyinəcək. 

Bunu oyundan sonra Madrid klubunun baş məşqçisi Karlo Ançelotti deyib: "Cud Bellinqem “El-Klasiko” üçün risk altında deyil. Onun yalnız kiçik bir narahatlığı var, ciddi zədəsi yoxdur".

Qeyd edək ki, "Braqa" - "Real" matçında qonaqlar 2:1 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0