“Fənərbaxça”dan 4 qollu qələbə
28.09.2023 - 23:17
“Fənərbaxça”dan 4 qollu qələbə

“Fənərbaxça” Türkiyə Superliqasında dalbadal altıncı qələbəsini qazanıb.

Apasport.az-ın məlumatına görə, komanda “Başakşəhər” 4:0 hesabı ilə məğlub edib.

Öz meydanında inamlı qələbə qazanan “Fənərbaxça” bu qələbədən sonra birinci pilləyə yüksəlib. Komanda ən yaxın izləyicisi “Qalatasaray”ı iki xal qabaqlayır.

Qeyd edək ki, “sarı-lacivərdlilər” növbəti görüşdə “Rizəspor”la qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0