Türkiyə Super Liqasının məşhur siması klubunu dəyişib
20.08.2024 - 21:48
Türkiyə Super Liqasının məşhur siması klubunu dəyişib

Səudiyyə Ərəbistanının "Əl Riyad" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "Əl Tae" formasını geyinən Bernard Mensah karyerasını "Əl Riyad"da davam etdirəcək.

29 yaşlı qanalı yarımmüdafiəçi Portuqaliyanın "Vitoria" klubunun yetirməsidir.

Qeyd edək ki, Mensah "Atletiko Madrid", "Xetafe" ilə yanaşı, Türkiyənin "Kasımpaşa", "Kayserispor", "Beşiktaş" klublarında da forma geyinib. 

writer photo
Əlirza Əlirzalı
0