"Qarabağ" Bolqarıstana yollanır - FOTO
12.08.2024 - 16:30
"Qarabağ" Bolqarıstana yollanır - FOTO

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Lodoqrets"lə cavab oyunu üçün bu gün Bolqarıstana gedir.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bakı vaxtı ilə 16:30-da çarter reysi ilə səfərə çıxacaq.

“Ludoqorets” – “Qarabağ” matçı sabah Razqraddakı “Huvefarma Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, “Ludoqorets” Bakıda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.



















writer photo
Əlirza Əlirzalı
0