Suaresi Avropada gözləyənlər
21.09.2022 - 10:34
Uruqvay millisinin futbolçusu Luis Suares yenidən Avropada çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, ilin sonunda “Nasyonal”la müqaviləsi başa çatacaq hücumçu bir neçə klubun maraq dairəsindədir.
İngiltərədə “Aston Villa” və “Vulverhempton”, Niderlandda “Ayaks”, Fransada “Nitsa” və “Marsel” Suaresi heyətinə qatmaq istəyir. Onlar azad agent statusu alacaq forvardı xərcə düşmədən ələ keçirmək niyyətindədir.
Qeyd edək ki, Luis “Liverpul”, “Ayaks”, “Barselona” və “Atletiko” kimi klublarda forma geyinib.
0
0