"Bavariya" və PSJ transfer yarışında
09.01.2024 - 18:52
"Bavariya" və PSJ transfer yarışında

“Bavariya” və PSJ eyni futbolçu uğrunda mübarizə aparır.

Apasport.az xəbər verir ki, hər iki komanda “Lans”ın müdafiəçisi Kevin Dansoya maraq göstərir.

Xüsusilə, bu mövsüm performansı ilə nəhənglərin diqqətini cəlb edən 25 yaşlı futbolçunun klubdan ayrılması gündəmdədir. Komandalardan təklif gözləyən Fransa təmsilçisinin Avstriya millisinin mərkəz müdafiəçisini maksimum baha qiymətə satmağı hədəflədiyi bildirilir.

Qeyd edək ki, 2021-ci ildən “Lans”ın şərəfini qoruyan Danso bu mövsüm meydana çıxdığı 22 matçın hamısında 90 dəqiqə oyunda qalıb.

writer photo
Əlirza Əlirzalı
0