Aərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatını 3 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, idmançılarımız yarışı 1 qızıl və 2 bürünc medalla bitiriblər.
2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək, ilk dəfə böyüklər arasında Avropa çempionu olub.
Sonuncu dəfə böyüklər arasında Avropa çempionu adına 8 il öncə Amil Qasımov yiyələnib. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.
Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) isə üçüncülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə ediblər.
Qeyd edək ki,Avropa çempionatında mayın 11-12-də gənclər və yeniyetmələrin mübarizəsinə start veriləcək.