“Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri bəlli oldu
02.01.2024 - 16:18
“Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri bəlli oldu

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq "Turan Tovuz"un yoxlama görüşlərindəki rəqibləri bəlli olub.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək “Turan Tovuz” ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.

Hazırlıq çərçivəsində növbəti oyunlar isə 15 yanvar tarixində keçiriləcək. Həmin gün baş məşqçi Ayxan Abbasov 2 oyunda komandasını sınaqdan keçirəcək.

Günün ilk oyununda Tovuz təmsilçisi Macarıstanın “Şiofok” komandası ilə qarşılaşacaq. İkinci oyunda isə rəqib Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.

writer photo
Əlirza Əlirzalı
0