“Borussiya”dan Mukoko ilə bağlı QƏRAR
12.11.2022 - 00:43
“Borussiya”dan Mukoko ilə bağlı QƏRAR

Dortmund “Borussiya”sının gənc hücumçusu Yussuf Mukoko komandada qalacaq.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu 17 yaşlı forvarda yeni müqavilə təklif edib.

Tərəflər artıq sazişin 2027-ci ilə qədər uzadılması məsələsinin müzakirəsinə başlayıb. “Borussiya” ilə hazırkı anlaşması mövsümün sonuna qədər olan Almaniya millisinin üzvü özü də daha bir neçə il Bundesliqa təmsilçisində qalmağı üstün tutur. Onun xidmətində “Barselona”, “Mançester Yunayted”, “Liverpul”, PSJ və “Mançester Siti” maraqlıdır.

Qeyd edək ki, Yussuf Mukoko bu mövsüm “Borussiya”nın heyətində 21 oyunda 6 qol vurub, 6 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0