Almaniya Kubokunda bütün 1/4 finalçılar müəyyənləşdi
09.02.2023 - 01:52
Almaniya Kubokunda bütün 1/4 finalçılar müəyyənləşdi

Almaniya Kubokunun son 2 1/8 oyunu keçirilib.

Apasport.az xəbər verir ki, əvvəlcə iki 2-ci Bundesliqa klubu – "Nürnberq" və "Fortuna" üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə "Nürnberq" penaltilərdə 5:3 qalib gəlib.

Daha sonra Bundesliqa klubları qarşılaşıb. "Boxum" öz meydanında Dortmund "Borusiya"sını qəbul edib. Daha təcrübəli olan Dortmund təmsilçisi 2:1 qalib gələrək adını 1/4 finala yazdırıb.

Beləliklə, 1/4 finalda "Union", "Borusiya" (Dortmund), "Ayntraxt", "Frayburq", "Leypsiq", "Bayern", "Nürnberq" və "Ştutqart" mübarizə aparacaq. Bu mərhələnin püşkü fevralın 19-da atılacaq. Matçlar 4-5 aprel tarixlərində keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0