Daha üç həftə kapitansız
06.09.2022 - 14:12
Daha üç həftə kapitansız

“Liverpul”un futbolçusu Cordan Hendersonun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun yarımmüdafiəçisi daha üç həftə meydanlardan kənar qalacaq.

“Liverpul”un kapitanı bu müddətdə həm Çempionlar Liqası, həm Premyer Liqada komandasına kömək etməyəcək. Onun təkrar müayinəsi zədəsinin kifayət qədər ciddi olduğunu üzə çıxarıb.

Qeyd edək ki, V turun “Nyukasl”la görüşündə xəsarət alan Henderson artıq bir matçı buraxıb. O, “Everton”la VI turun qarşılaşmasında iştirak etməyib.
 

writer photo
Əlirza Əlirzalı
0