Suraxanı Rayon İcra Hakimiyyəti və “Qarabağ” Futbol Klubunun birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Apasport.az saytının məlumatına görə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində gerçəkləşib.
Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və İcra Hakimiyyətinin nümayəndələri, “Qarabağ” Futbol Klubunun direktoru Əmrah Çəlikəl, meneceri Asif Əsgərov, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçular iştirak ediblər. Tədbir çərçivəsində ərazidə 200-ə yaxın ağac əkilib.