"Borussiya"dan "Trabzonspor"a
05.02.2024 - 14:37
"Borussiya"dan "Trabzonspor"a

Tomas Menye Almaniyanı Türkiyəyə dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Trabzonspor" "Borussiya"da çıxış edən 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Belçikalı futbolçunun klubla müqaviləsi gələn yay başa çatır. Təcrübəli müdafiəçinin transfer dəyəri 2.5 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Menye bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 9 oyun keçirib, fərqlənə bilməyib. 

writer photo
Əlirza Əlirzalı
0