Kapello Çempionlar Liqasında “İnter”ə inanmır
18.05.2023 - 16:32
Kapello Çempionlar Liqasında “İnter”ə inanmır

"Mançester Siti"nin zəif tərəfi yoxdur”.

Apasport.az saytı xəbər verir ki, məşhur italyan məşqçi Fabio Kapello Çempionlar Liqasının finalında "Mançester Siti" ilə görüşdə "İnter"in şanslarını dəyərləndirib.

İngiltərə təmsilçisinin son çempionu məğlub etdiyini xatırladan 79 yaşlı tanınmış mütəxəssis həmyerlilərinin kuboku alacağına şübhə ilə yanaşır: “Qvardiola çox gözəl kollektiv formalaşdırıb. “Real”ı bu şəkildə məğlub etməyi hər komanda bacarmaz. “İnter”in finalda işinin çox çətin olduğunu düşünürəm. “Neradzurri” “Milan”la oynadığı matçdan çox daha güclü futbol sərgiləməlidir. Fikrimcə, “İnter” üçün əsas təhlükə rəqibin hər bir futbolçusunun qol vurmağı bacarmasıdır”.

Qeyd edək ki, "Mançester Siti" və "İnter" arasında Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda (Türkiyə) “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0