35-ci rəqib, 89-cu məğlubiyyət
13.10.2023 - 10:17
35-ci rəqib, 89-cu məğlubiyyət

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində ardıcıl ikinci məğlubiyyətini alıb.

Apasport.az xəbər verir ki, Samir Əliyevin yetirmələri səfərdə Serbiyaya 0:2 hesabı ilə uduzduqdan sonra Bakıda Şimali İrlandiyaya da yenilib.

0:1 hesablı məğlubiyyət komandamızın Avropa çempionatlarının seçmə mərhələlərində 89-cu uğursuzluğu olub. Millimiz keçirdiyi 124 qarşılaşmada 15 qələbə qazanıb və 20 dəfə heç-heçə edib.

U-21 1994-cü ildə debüt etdiyi seçmələrdə 76 qol vurub. Komandamız öz qapısından 283 top buraxıb.

Bu, Şimali İrlandiya ilə ilk duel olub. Böyük britaniyalılar bunadək 29 ildə 34 müxtəlif rəqiblə görüşən millimizlə qarşılaşan 35-ci komanda kimi tarixə düşüb.

Qeyd edək ki, yığmamız oktyabrın 17-də Lüksemburqla üz-üzə gələcək.

writer photo
Əlirza Əlirzalı
0