Messi Ronaldoya çatdı
12.01.2023 - 13:24
Messi Ronaldoya çatdı

PSJ-nin futbolçusu Lionel Messi portuqaliyalı Kriştiano Ronaldonun rekorduna şərik olub. 

Apasport.az saytı xəbər verir ki, argentinalı superulduz dünya çempionatından sonra iştirak etdiyi ilk oyunda bu uğura imza atıb. 

O, Liqa 1-in "Anje" ilə oyununda (2:0) rəqib qapısına yol tapmaqla Top-5 liqalarında qollarının sayını 696-ya çatdırıb. Messi bununla da “Əl-Nəsr”in şərəfini qoruyan Ronaldonun daha bir rekordunu təkrarlayıb. 

Lakin onun portuqaliyalını keçməsi çətin olmayacaq. Messi daha 1 qola imza atarsa, mütləq rekorda yiyələnəcək. 
 

writer photo
Əlirza Əlirzalı
0