“Sabah”da daha bir yeni müqavilə
31.05.2022 - 16:07
“Sabah”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Elvin Camalovla yeni müqavilə imzalanıb.
27 yaşlı yarımmüdafiəçinin gələn ilin yayına qədər olan sözləşməsi daha bir il uzadılıb. Azərbaycan millisinin üzvü artıq 2024-cü ilin yayına qədər bakılılara məxsusdur.
Elvin 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, ötən mövsüm 29 oyunda iştirak edib.
Qeyd edək ki, buna qədər Boyan Letiç və Aleksey İsayevlə də yeni müqavilə bağlayan “Sabah” “Sumqayıt”dan Tellur Mütəllimovu transfer edib.
0
0