Musiala “Bavariya” ilə danışıqları dayandırdı
17.10.2023 - 16:38
“Bavariya” və futbolçusu Camal Musiala arasında yeni müqavilə ilə bağlı danışıqlar dayandırılıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Münhen təmsilçisi ilə 2026-cı ilin yayında başa çatacaq anlaşmanı uzatmağa isti baxmır.
Almaniya klubu bu müqavilənin uzadılmasını istəyir. Camal isə digər klublardan gələn təklifləri nəzərdən keçirməyi planlaşdırır. Onun xidmətində “Real” və “Liverpul” da maraqlıdır.
Qeyd edək ki, 2020-ci ilin iyulundan “Bavariya”da çıxış edən Musiala 133 oyunda 32 qol vurub.
0
0